Liderlik uğrunda qiyabi “savaş” - YENİLƏNİR

Liderlik uğrunda qiyabi “savaş” - YENİLƏNİR
08:05 28 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Gün liderin matçı ilə başlayacaq. "Qəbələ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ilk iki matçda məğlub etdiyi rəqiblə görüşün favoritidi. Amma çətin səfər sınağı "qırmızı-qaralar"a liderlik bahasına başa gələ bilər. Bu səbəbdən qəbələlilər mütləq qalib gəlməlidi. "Kəpəz" isə 6 oyunluq qələbə həsrətinə son qoymağı, ən azı 1 xal əldə etməyi düşünür. Şahin Diniyev hər dəfə üzləşdiyi istefa məsələsi ilə qarşı-qarşıya qoymamaq üçün yetirmələri lideri büdrətməlidi.

Tura Suraxanıda yekun vurulacaq. Mərkəzi oyunda ilk "üçlük"də qərarlaşan "Qarabağ"la "İnter" üz-üzə gələcək. Ötən mövsümün mükafatçılarının ilk iki duelində qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməlidi. "Qəbələ"yə məğlubiyyəti unutdurmaq üçün ağdamlılara 3 xal lazımdı. Bu, ən azı liderlə xal fərqini qoruyacaq. Gəncədəki oyunun nəticəsi "Qarabağ"ın irəliləməsinə də səbəb ola bilər. "İnter" isə avrokuboklara doğru növbəti addımını çempionu büdrətməklə atacaq. Zaur Svanadzenin yetirmələri qalib gəlsə, bürüncdən artığını qazanmaq gücündə olduğunu da göstərəcək. Bakılılar məğlub olsa, 4-cü yerlə xal fərqi bir az da "ərimiş" olacaq.

Azərbaycan Premyer Liqası

XX tur

28 fevral (çərşənbə axşamı)

15:00. "Kəpəz" - "Qəbələ"
Mövsümün ilk iki oyunu: 0:2, 1:2

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 

Gəncə şəhər stadionu

18:00. "Qarabağ" - "İnter"
Mövsümün ilk iki oyunu: 1:2, 0:0

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov

"Azərsun Arena"

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

20

6

7

7

20-24

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

AZAL

20

1

5

14

8-34

8

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR