ABŞ sərhədçiləri 4,2 ton kokain müsadirə etdilər

ABŞ sərhədçiləri 4,2 ton kokain müsadirə etdilər
08:12 28 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sərhəd xidməti Cənubi Amerika  sahillərində 4,2 tonluq kokain partiyasını müsadirə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, külli miqdarda narkotik maddə daşıyan gəmi Surinam yaxınlığında saxlanılıb.
 
Məlumata əsasən, müsadirə olunan narkotik maddənin "qara bazarda" qiyməti 125 milyon dollar təşkil edir. Qeyd olunur ki, müsadirə edilən kokain 1999-cu ildən aşkar edilən ən böyük narkotik maddə partiyasıdır. Gəminin göyərtəsində olan Qayana vətəndaşları saxlanılıb. Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.
Sosial səhifələrdə paylaş

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR