Evlərin bloklarının içində yerə təyəmmüm etmək olarmı?

Evlərin bloklarının içində yerə təyəmmüm etmək olarmı?
08:17 28 Fevral 2017
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Evlərin bloklarının içində yerə təyəmmüm etmək olarmı? Xalça-palazın üzərindəki toz-torpağa təyəmmüm etmək olarmı?

Təyəmmüm üçün düzgün olan əsas və birinci material torpaqdır. Əgər torpaq varsa, başqa bir şeyin üzərinə təyəmmüm etmək düzgün olmaz. Bina evində yaşayan adam həyətdən bir az torpaq götürüb evdə özü üçün saxlamalıdır ki, ehtiyac yarandıqda onun üzərinə təyəmmüm edə bilsin. Əgər torpaq tapılmasa, qum, daş və kəsək üzərinə də təyəmmüm etmək olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, blokların döşəməsi xalq içində torpaqlı sayılarsa, onun üzərinə təyəmmüm etmək icazəlidir. Eləcə də, xalça-palazın üstü ürfdə (adətə görə) torpaqlı sayılarsa, təyəmmüm etmək olar. Yox, əgər bunların üstü toz və zibildirsə, təyəmmüm düzgün deyil.

Həmçinin, diqqət etmək lazımdır ki, təyəmmüm üçün torpaq kifayət qədər olmalıdır. Yəni adam əllərini yerə vurduqdan sonra ovucları kifayət qədər torpağa bulaşmalıdır. Həddən az torpaqlı yerə təyəmmüm etmək doğru deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR