Hansı quşların əti halaldır, hansıların isə haramdır?

Hansı quşların əti halaldır, hansıların isə haramdır?
08:37 28 Fevral 2017
243 Ölkə
Ölkə mətbuatı
A- A+

Quşlar əti yeyilən (halal) və yeyilməyən (haram) olmaqla iki dəstəyə bölünürlər. Əti halal olan quşlar müəyyən qaydalara əsasən təyin olunur. Əvvəla, ev quşlarının əti bütünlükdə halaldır (məsələn, toyuq, xoruz, hind toyuğu, qaz, ördək, göyərçin). İkincisi, caynaqlı və vəhşi quşların əti haramdır (məsələn, qartal, şahin və s.)

Milli.Az islam.az-a istinadən bildirir ki, üçüncüsü, quşun uçuşu zamanı qanad çalması süzməsindən (qanadını tərpətmədən uçmasından) daha çox olarsa, əti halal sayılır. Əksinə, daha çox süzüb, az qanad çalan quşun əti yeyilməz. Dördüncüsü, əti halal olan quşların çinədanı olur. Beşincisi, əti halal olan quşların ayağının arxa tərəfində buynuzlu çıxıntı olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR