Putin Bişkekə səfər edəcək

Putin Bişkekə səfər edəcək
08:42 28 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının prezidenti Vladimir Putin fevralın 28-də Qırğızıstan prezidenti Almazbek Atambayevin dəvəti ilə Bişkekə rəsmi səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
 
"Tərəflər siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcud durumunu və perspektivlərini, Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərini müzakirə edəcəklər", məlumatda qeyd olunur.
 
Əvvəl Rusiya və Qırğızıstan prezidentləri arasında  təkbətək görüş baş tutacaq, daha sonra ölkə liderləri bir sıra sənəd imzalayacaq.  Görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR