Ağstafada UNİKAL ADDIM - İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

Ağstafada UNİKAL ADDIM -  İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO
09:32 28 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.

Milli.Az report-a istinadən xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.
O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.
"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.
Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR