"Samsung" yeni modelini təqdim etdi - FOTO

"Samsung" şirkəti "MWC 2017” sərgisində "Samsung Galaxy S8” smartfonunu təqdim etməyib, çünki qabaqcıl smartfonun satışa çıxarılma tarixi əvvəlki kimi məlum deyil.

Metbuat.az bildirir ki, şirkət bazar günü "MWC” sərgisində digər yenilikləri təqdim edib. Mətbuat üçün keçirilən tədbirdə "S Pen” stilusuna malik "Galaxy Tab S3” planşet və "Windows 10” əməliyyat sistemi ilə işləyən "Galaxy Book” seriyasından iki model nümayiş etdirilib.

Təqdim edilən yeniliklər arasında qabaqcıl "Galaxy S8” smartfonu olmayıb. İlkin məlumatlara görə, "Samsung Galaxy S8” smartfonu iki versiyada təqdim olunacaq: 2560x1440 təsvir ölçüsünə malik 5,8 və 6,2 düymlük ekranlara malik modellər. Bundan başqa, "Snapdragon 835” və ya "Exynos” prosessoru, 4 giqabayt əməli yaddaş, 64 giqabayt daxili yaddaş, 3000 və ya 3500 milliamper/saat tutumunda akkumulyator, 12 meqapiksellik əsas kamera, həmçinin "USB-C” konnektoru ilə təchiz ediləcək. "Galaxy S8” smartfonu rəsmən martın 29-da nümayiş etdiriləcək, aprelin 21-dən etibarən isə satışlara start veriləcəyi gözlənilir.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR