Senat 79 yaşlı milyarderi ABŞ-ın ticarət naziri vəzifəsinə təsdiqləyib

Senat 79 yaşlı milyarderi ABŞ-ın ticarət naziri vəzifəsinə təsdiqləyib
09:37 28 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Senatı 79 yaşlı milyarder Uilbur Rossu ticarət naziri vəzifəsinə təsdiqləyib.
“Report” “Dw”-yə istinadən xəbər verir ki, o, seçki qabağı kampaniya dövründə ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri olub.  
İnformasiyaya əsasən, U.Ross 2014-cü ildə “Bank of Cyprus” bankının Direktorlar Şurası sədrinin müavini olub. Bu maliyyə qurumu Panamada qeydiyyatda olan rusiyalı oliqarx Viktor Bekselberqə aid “Lamesa Holding”in şirkətinin ikinci böyük səhmdarıdır.
Məlumata görə, ABŞ-ən yeni ticarət nazirinin əvvəllər Rusiya ilə işgüzar əlaqələri olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/senat-79-yasli-milyarderi-abs-in-ticaret-naziri-vezifesine-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR