Azərbaycan akrobatları Ukraynada 3 medal qazanıblar

Azərbaycan akrobatları Ukraynada 3 medal qazanıblar
09:47 28 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilmiş beynəlxalq turnirdə 3 medal qazanıblar. "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, medallardan birini 13 - 19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. 
Onlar çoxnövçülükdə 82.160 xalla bütün rəqiblərini üstələyiblər. 
Eyni yaş kateqoriyasında mübarizə aparan Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət digər qarışıq cütlük 81.400 xalla bürünc medal qazanıb.
Beynəlxalq arenada debüt edən qadın qrupunda (12 - 18 yaş) Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da turniri medalsız tərk etməyiblər. Onlar çoxnöxçülükdə hakimlərdən 79.960 xal alaraq bürünc medala sahib olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-akrobatlari-ukraynada-3-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR