Ötən il Naxçıvan əhalisinin sayı beş min nəfərə yaxın artıb

Ötən il Naxçıvan əhalisinin sayı beş min nəfərə yaxın artıb
09:52 28 Fevral 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Yanvarın 1-ə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 720 nəfər artaraq 449 min 143 nəfər təşkil edib.
"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 21 nəfər çoxdur.
Komitənin məlumatına görə, 1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 111,3 min nəfər artıb. Son 22 il ərzində muxtar respublikada 65,1 min nikah bağlanıb, 160 min uşaq doğulub: "Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salıb. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,1 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil edib. 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 yanvar tarixə bu göstərici 30,8 faizə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 64 min nəfər artaraq 138 min nəfərdən artıq olub".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/naxcivan-ehalisinin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR