Macarıstanın turizm bazarı Azərbaycan sərmayələri üçün açıqdır

Macarıstanın turizm bazarı Azərbaycan sərmayələri üçün açıqdır
10:05 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Macarıstanın turizm bazarı Azərbaycan sərmayələri üçün açıqdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir bildirib: "Macarıstanın turizm bazarı çox rəngarəngdir və inkişaf edib. Amma boş sahələr var. Həmişə elə sahələr tapmaq olar ki, onu daha da inkişaf etdirməyə ehtiyac var".

Diplomat daha sonra əlavə edib: "Əlbəttə, biz Azərbaycan kapitalını mehmanxana təsərrüfatı, termal turizm, ümumilikdə daşınmaz əmlak bazarında görmək istərdik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/521819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR