Bakıda bankın daha 3 filialı bağlandı

Bakıda bankın daha 3 filialı bağlandı
10:12 28 Fevral 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dəmirbank"ın daha 3 filialı bağlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, bankın Xırdalan, Bakıxanov və İçərişəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb. Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçərişəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.

Qeyd edək ki, hazırda "Dəmirbank"ın Bakı üzrə 11, regionlarda isə 20 filialı fəaliyyət göstərir.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl bankdan hakerlər tərəfindən 3 milyon manat pul oğurlanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR