Rəqqasə Oksana ŞOKA DÜŞDÜ - ALÇANIN BİR DƏNƏSİ QIZIL QİYMƏTİNƏ

Rəqqasə Oksana ŞOKA DÜŞDÜ - ALÇANIN BİR DƏNƏSİ QIZIL QİYMƏTİNƏ
10:18 28 Fevral 2017
348 Şou
Ölkə mətbuatı
A- A+

“Bu gün balaca şok yaşadım. Bir dostumun həyat yoldaşı hamilədir və ürəyindən alça keçib. Təbii olaraq xoşbəxt cütlük “Meyvəli bazara” yollanıb. Lakin pis əhval-ruhiyyədə qayıdıblar. Satıcı onlara alçanın bir dənəsinin 9 manat olduğunu deyib. Təəccübdən alçanın qiymətini bir neçə dəfə soruşublar. Satıcı üçüncü dəfə də bir dənə alça “qızıl” qiymətinə sözünü təkrar etdikdən sonra hamilə qadının alçaya qarşı nifrəti yaranıb”.

Publika.az xəbər verir ki, bu sözləri rəqqasə və akrtrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. O, alçanın bahalığından şikayətlənib.

“Axı alça nə vaxtdan öz ölkəmizdə ekzotika olub? Bu mənə lap 90-cı illərdə banan və kivinin satışını xatırlatdı. Bu qədər də olmaz da! Öz aramızdır alçaya lap hörmətim qalxdı, öz mövsümü gələndə mən artıq alçanı hər zaman yediyim kimi deyil, onu bəsləyib, sığallayıb, üzünə gülə-gülə yeyəcəm”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/189571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR