Yüksək dozada narkotik vurub öldülər - BAKIDA

Yüksək dozada narkotik vurub öldülər - BAKIDA
10:19 28 Fevral 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.

 

Nəticədə hər iki şəxs dünyasını dəyişib.

 

Ev sahibi R. Ələkbərov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR