“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib

“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib
10:32 28 Fevral 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədri Müseyib Əliyev polisə yazılı şikayət edib.
“Report”un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən şirkət rəhbəri 3 nəfər sığorta mütəxəssisinin şirkətin ümumilikdə 90 min manat pulunu mənimsəməsi barədə məlumat verib. Belə ki, həmin sığorta mütəxəssisləri 2015-2016-cı illər ərzində həyata keçrdikləri sığorta əməliyyatlarında əldə etdikləri vəsaitləri “AtaSığorta”nın kassasından gizlədərək şirkətə külli miqdarda ziyan vurublar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/emekdaslar-atasigorta-dan-90-min-manat-gizledib-sirket-rehberi-polise-sikayet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR