Tanınmış jurnalistin xalası qızını bıçaqladılar

Tanınmış jurnalistin xalası qızını bıçaqladılar
10:34 7 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 6-da Bakıda qadına qarşı cinayət törədilib. Lent.az-ın məlumatına görə, Binəqədi rayon sakini, Şövkət Məmmədova küçəsində Gülbahar Hüseynova yaşadığı 6 saylı binanın blokuna daxil olarkən naməlum şəxsin hücumuna məruz qalıb. Soyğunçu qadına 3 bıçaq zərbəsi endirib və əl çantasını götürərək qaçıb.


Lent.az-ın yazarı, tanınmış jurnalist Vüsalə Məmmədova Gülbahar Hüseynovanın onun xalası qızı olduğunu bildirib. Onun sözlərinə görə, xalası qızı axşam işdən qayıdarkən metroda naməlum şəxs onun arxasınca düşüb və blokun qarşısında həmin şəxsin quldur olduğu məlum olub.

 

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR