Elman Nəsirov: "Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi"

Elman Nəsirov: "Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi"
10:42 28 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistanın cinayətkar Sarkisyan rejimi təmas xəttində növbəti dəfə siyasi təxribata əl atıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu təxribat bütün dünyanın gözü qarşısında baş verir: "Xocalı soyqırımının 25-ci ildönümündə Ermənistanın növbəti təxribatı düşünülmüş addımdır. Onlar bu təxribatla dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımından yayındırmağa cəhd etdilər. Onlar həm də bununla məsuliyyətdən yayınmaq istəyirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistanda keçiriləcək 2 aprel seçkilərində daxili auditoriyanın diqqətini ölkənin problemlərindən uzaqlaşdırıb Dağlıq Qarabağa yönəltməyə çalışırlar. Ermənistanın niyyəti ondan ibarətdir ki, danışıqlar prosesi baş tutmasın, əgər baş tutarsa, gərginlik fonunda baş verərsə, danışıqlarda fundamental məsələlər diqqətdən kənarda qalsın və əsas məsələ atəşkəsin bərpası ilə bağlı olsun".

E.Nəsirov bildirib ki, Ermənistanın sonuncu təxribatı növbəti dəfə bu cinayətkar rejimin iç üzünü açdı: "Təxribat nəticəsində şəhid olmuş əsgərlərə münasibətdə cinayətkar rejim yenə də insanlığa yad olan addım atır, ATƏT-in Minsk qrupu bir gün əvvəl razılıq əldə etsə də şəhid əsgərlərin nəşini neytral zonadan götürməyə imkan vermir. Ermənistan yenə götürdüyü öhdəliyi pozdu. Bunun səbəbi isə erməni tərəfinin ciddi itki verməsidir. Onlar bu təxribatları nəticəsində güclü zərbələr alıb, amma bunu gizlədirlər. Sarkisyan elə bilir ki, bu cür təxribatlarla, itkiləri gizlətməklə nüfuzunu bir az yüksəldəcək, amma onlar yanılırlar. Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR