Arvadının qəhvəsinə yandırıcı maddə qatıb içirtdi

Arvadının qəhvəsinə yandırıcı maddə qatıb içirtdi
10:47 28 Fevral 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda 32 yaşlı üç uşaq anası Qurbet E. ilə həyat yoldaşı Çingiz E.  aralasında anlaşılmazlıq yaşanıb. Çingiz E. davamlı olaraq həyat yoldaşı ilə mübahisə edib və onu döyüb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, cütlük bu yaxınlarda qısqanclıq səbəbiylə yenidən mübahisə edib. Qurbet E. onu hər kəsdən qısqanan ərindən boşanmaq istəyib. Həyat yoldaşının ondan boşanacağı qorxusuyla yaşayan Çingiz E. intiqam almaq istəyib. 8 aprel səhəri erkəndən oyanan ər arvadına qəhvə hazırlayıb. Yataqdan qalxan Qurbet E. həyat yoldaşının hazırladığı qəhvəni içib. Lakin bu zaman dili və ağzı yanan qadın qusmağa başlayıb, qadının ağzından köpük gəlib. Həyat yoldaşı tərəfindən xəstəxanaya çatdırılan gənc qadının zəhərləndiyi təsbit edilib. Qadın aldığı müalicənin ardından həyat yoldaşının onu öldürmək üçün zəhərlədiyini istintaqa bildirib.

Ər Çingiz E. boşanmaq iddiası açan həyat yoldaşına əsəbləşdiyi üçün bir anlıq hirslə bu cinayəti törətdiyini etiraf edib. Yoldaşını öldürməyə təşəbbüs edən Çingiz E. həbs olunub.

Başladılan istintaqda qəhvənin içindəkinin korroziv maddə (yandırıcı, aşılayıcı turşu) olduğu təsbit edilib. Hadisə ilə əlaqədar uşaqlarının ifadəsi alınıb. Övladları Çingiz E.-nin xanımına tez-tez onu öldürəcəyini söylədiyini deyiblər. İstintaqdan sonra "Adam öldürməyə təşəbbüs" cinayət əməli ilə ömürlük həbs iddiası qaldırılıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR