Milyonları var idi, indi adada yaşayır... - FOTOLAR

Avstraliyada 80-ci illərdə milyoner olan və zəngin həyat yaşayan Devid Qlaşin pulunun əhəmiyyətli hissəsini birjada itirdikdən sonra, tropik bir adada yaşamağa başlayıb.

Metbuat.az bildirir ki, 1987-ci ildə birjada yaşanan böhranda Qlaşin təxminən 15 milyon dollar itirib.

O, 1997-ci ildə isə Avstraliyanın şərq sahilində tropik Restoration adasına köçüb.

Əvvəlcə 60 otaqlı lüks bir otel inşa etdirmək planıyla adaya gələn Glaşin, sahildəki kiçik daxmada qız dostu ilə yaşamağa başlayıb.

Lakin isti su, duş, rahatlığa dair hər hansı bir şeyin olmadığı bu tropik adada yaşaya bilməyən qız dostu geri dönüb. Aborigenlərin burada otel tikilməsinə qarşı apardığı mübarizə Devidin otel planını birdəfəlik təxirə salıb.

Adada yaşamağa qərar verən Qlaşin, uçuq-sökük daxmasını 20 il ərzində tədricən təmir edib.

Günəş panelləri quraraq adanı internetlə də təmin edib.

Öz qidalarını özü yetişdirən Qlaşinin yanında daim yol yoldaşı olan iti Quasi də var.

Adil / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR