Şəhid baş leytenantın cənazəsi doğulduğu Ordubada yola salınıb - FOTO

Şəhid baş leytenantın cənazəsi doğulduğu Ordubada yola salınıb - FOTO
10:52 28 Fevral 2017
411 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna yola salınıb.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, şəhidi yola salarkən hava limanında böyük izdiham yaşanıb. 

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən təxliyə edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində













Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR