​Ermənilər itkilərini niyə gizlədir? - ŞOK SƏBƏBLƏR...

Fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu ərazilərdə irimiqyaslı təxribatlar törətdiblər.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə Azərbaycan ordusu arasında ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Beş hərbi qulluqçumuz şəhid olub. Erməni tərəfi isə itkilər verməsinə baxmayaraq, hələ də ölən hərbi qulluqçularının adını açıqlamayıb.

Maraqlıdır, ermənilər itkilərini niyə gizlədir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, təkcə bir istiqamətdə deyil, başqa istiqamətdə də ermənilər itkilər verib:

“HMüharibənin öz qayda-qanunları var. İstər 2016-cı ilin aprel hadisələrində, istərsə ondan əvvəlki vaxtlarda, istərsə də indiki ən həssas məqamda da ermənilər itkilərini açıqlamırlar. Tədricən bir həftəyə, 10 günə açıqlamağa başlayacaqlar. Ermənilər aprelin 2-də parlament seçkiləri keçirəcəklər. Seçki ərəfəsində hakim partiyanın cəbhədə bu cür uğursuzluğu onların ziyanına işləyə bilər. Ola bilsin ki, onlar itkilərini heç açıqlamasınlar. Bu da onların qərarıdır. Amma fakt faktlığında qalır. Onlar ATƏT-ə, beynəlxalq təşkilatlara şikayət ediblər ki, Azərbaycan tərəfi onların hərbi qulluqçularını məhv edib. Xatırlayırsınızsa, ATƏT-in bəyanatında belə bir cümlə var: "Tərəflər neytral ərzidə qalan meyitləri qaytarmalıdırlar". Dünən həmin proses ermənilər tərəfindən pozuldu. Sonrakı mərhələdə onlar başa düşdülər ki, baş verənlər beynəlxalq skandala səbəb olacaq. Ona görə də, meyitləri qaytardılar. Bu gün Azərbaycan qəhrəman övladıarını son mənzilə yola salır”.

Allah rəhmət etsin...

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR