Mənsum İbrahimovun hərbi xidmətdə olmadığı haqda xəbər doğru deyil - TƏKZİB

Ötən gün saytımızda bir sıra məşhurların əsgərlikdə olmaması ilə bağlı xəbər yayılmışdı.

Həmin şəxslər arasında Xalq artisti Mənusm İbrahimovun da adı qeyd olunmuşdu. Redaksiyamıızla əlaqə saxlayan muğam ustası onun barəsində deyilənlərin əsassız olduğunu qeyd edərək, hərbi xidmətdə olduğunu açıqlayıb. Bununla bağlı Mənsum İbrahimov əsgərlikdə olan fotolarını təqdim edib. 

Sözügedən xəbər hazırlanan zaman müəllif digər xalq artisti Canəli Əkbərovun həmkarı ilə bağlı dediyi fikirlərə əslanıb. Xəbər dəqiqləşdirilmədən yazıldığı üçün Xalq artistinin imicinə vurulan zərbəyə görə üzr istəyirik. Mənsum İbrahimovun vətənpərvər bir şəxsiyyət olduğunu hər kəsə məlumdur. 

Qeyd edək ki, məqalədəki yanlışlıq qısa zamanda aradan qaldırılıb. Yazını hazırlayan müəllifə şiddətli töhmət verilib.

Metbuat.az






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR