Minlərlə uşaq təcavüzə uğrayıb - Cinayət işi açıldı

İngiltərədə 1947-1970-ci illər arasında koloniyalara göndərilən və orada cinsi istismara məruz qalan 10 mindən çox uşaq üçün istintaq işi başlanılıb. 

Metbuat.az məlumat verir ki, İngiltərədə uşaq istismarını, uşaqlara təcavüzü araşdıran müstəqil komissiya II Dünya Müharibəsindən sonra dini qurumların köhnə koloniyalara göndərdiyi minlərlə uşağın cinsi istismara uğradığına dair sənədləri uzun illər sonra üzə çıxarıb. O vaxtkı ingilis hökumətinin Anqlikan və Katolik dini icmalarla iş birliyi əsnasında başda Avstraliya olmaqla, digər koloniyalara da göndərilən 10 min uşağa təcavüz olunması ilə əlaqədar aparılan araşdırmada həyatda olan bir neçə təcavüz qurbanının ifadəsi alınıb. 

Xatırladaq ki, 1947-1970-ci illər ərzində ailələrindən, ögey ailələrindən və yetimxanalardan alınan uşaqlar Avstraliya, Yeni Zellandiya və Kanadaya göndərilirdi.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR