Bakıda yüksək dozada narkotik qəbul edən iki nəfər öldü

Bakıda yüksək dozada narkotik qəbul edən iki nəfər öldü
11:17 28 Fevral 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.
 
Nəticədə hər iki şəxs dünyasını dəyişib.
 
Ev sahibi R.Ələkbərov polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR