Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb

Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb
11:22 28 Fevral 2017
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.
DİM-dən “Report”a daxil olan məlumata görə, “Şəxsi kabinet”in hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Bu sıraya ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems); ödəniş sistemlərinin özünəxidmət kioskları; poçt şöbələri və SMS vasitəsilə ödəniş daxildir.
Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dovlet-i-mtahan-merkezinin-elektron-xidmetlerinden-yararlanmaq-ucun-istifade-olunan-odenis-usullari-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR