“SOCAR Marine” ilk dəfə kükürdsüz LNG təchizatı həyata keçirib

“SOCAR Marine” ilk dəfə kükürdsüz LNG təchizatı həyata keçirib
11:22 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz yanacaqları sektorunda fəaliyyət göstərən törəməsi “SOCAR Marine” Türkiyənin Tuzla Sədəf Tərsanəsi ərazisində yeni inşa edilmiş maşın daşıyıcı gəmini (RORO) ilk dəfə sıfır kükürd səviyyəsinə malik mayeləşdirilmiş təbii qazla (LNG) təchiz edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət LNG məhsulunu dəniz yanacağı olaraq satışa təqdim etmək üçün infrastrukturunu hazır vəziyyətə gətirib.
“SOCAR Marine” Türkiyənin dəniz yanacaqları bazarını inkişaf etdirərək bu sahədə bölgəni dünya səviyyəsində qabaqcıl mövqeyə çatdırmağı planlaşdırır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-marine-ilk-defe-kukurdsuz-lng-techizati-heyata-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR