Şəhid əsgərimiz dəfn olundu...

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin bütün cəbhə boyu ərazilərdə törətdikləri irimiqyaslı təxribatları nəticəsində şəhid olmuş hərbçilərimizdən biri – Zakir Nazim Oğlu Cəfərov dənf olunub.

Metbuat.az bildirir ki, əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub. Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

Allah rəhmət etsin...

Qeyd edək ki, Zakir Nazim oğlu Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR