ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb - FOTO

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb - FOTO
11:27 28 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb. Bəyanat Nevada ştatının qubernatoru Brayan Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun "Xocalını Anma Günü" münasibətilə imzalandığı bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilir ki, bəyanatda Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.

Qeyd edək ki, bu bəyanat Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.

Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR