FES -in faiz artımı ehtimalı 50 faizə yüksəldi

FES -in faiz artımı ehtimalı 50 faizə yüksəldi
11:28 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İstiqraz bazarı FES -in mart ayı toplantısında faizləri artıracağının fərqinə varıb.

Publika.az " "Bloomberg"ə istinadən xəbər verir ki, FES sədri Janet Yellen və digər qrum rəsmiləri toplantının "canlı" olacağına dair xəbərdarlıq edir:

“Bu xəbərdarlıqlar 14 - 15 mart toplantısı üçün də keçərli idi. Buna qarşı treyderlər Mərkəzi Bankın mart ayında faizləri artıracağından tam əmin deyildilər. Lakin FES-in gələn ay keçiriləcək toplantısında faizləri artıracağı ehtimalı 50%-ə yüksəlib. Halbuki ötən həftə investorların faiz artımı yönündə gözləntiləri 33% idi".

Faiz artımı gözləntisinin yüksəlməsinə dair çox səbəb olsa da, analitiklər hər hansı birini əsas faktor hesab etmirlər.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/189585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR