Kolumbiyalı məhkum edam edildi - Yanmış cəsədi səfirliyə verildi

Kolumbiya mediasında yer alan xəbərlərə görə, 2010-ci ildə Çinə bazar dəyəri 5 min ABŞ dolları olan təxminən 4 kiloqram narkotik həb keçirməyə çalışarkən tutulan 74 yaşlı Enrike Arçinyeqas edam edilib.

Metbuat.az xəbər verir ki, Arçinyeqasın cəsədi yandırıldıqdan sonra külünün Kolumbiyanın Çindəki səfirliyinə təslim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Çində hal-hazırda 15 kolumbiyalıya edam cəzası verildiyi, daha 15-nin ömürlük həbsə məhkum edildiyi bildirilib.

Adil / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR