Yeni "Sony Xperia" modelləri təqdim edildi - FOTO

Dünən keçirilən MWC 2017 sərgisində “Sony” şirkəti 4 ədəd yeni "Xperia" modelini təqdim edib. Onlar "Xperia XZ Premium", "XZs", "XA1" və "XA1 Ultra" smartfonlarıdır.

Metbuat.az xəbər verir ki, "Xperia XZ" Snapdragon 835 prosessoruna sahibdir. Bu telefon "Galaxy S8"-dən öncə bu prosessorla işləyən ilk telefondur. Telefon tamamən şüşə ilə örtülü vəziyyətdədir. Şirkət bunu "Glass Loop Surface" adlandırır. Smartfonun barmaq izi funskiyası yandırıb/söndürmə düyməsinə də inteqrasiya edilib. Həmçinin, yüksək keyfiyyətli arxa kameraya sahibdir. Belə ki, telefon saniyədə 960 kadrla birlikdə "slow-mo" videoların çəkilməsini təmin edir. Texniki göstəricilərinə gəldikdə isə, o 5.5 inç 4K və HDR keyfiyyətli ekran, snapdragon 835 prosessoru, 4GB ram, 64 GB daxili yaddaş, 3230 mAh enerji tutumlu batareya,20 MP arxa, 13 MP ön kameraya sahibdir. Telefon Android 7.0 əməliyyat sistemi ilə çalışır.

"XZs" – 5,2 inç 2K keyfiyyətli ekran,Snapdragon 820 prosessoru, 4GB Ram, 32/64 daxili yaddaş,2900 mAh enerji tutumlu 4K video çəkiliş özəllikli 19 MP-lik arxa, 13 Mp-lik ön kamera ilə təchiz olunub. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışır. 5 Aprel tarixində 700$ qiymətində satışa çıxacaq.

Öz qeyri-adi "selfie" kamerası ilə seçilən "Xperia XA1 Ultra", ənənəvi Ultra seriyasını davam etdirir. Ön kameranın öz işıqlandırma sisteminə sahib olması, pis işıqlandırılmış mühitdə fotoların keyfiyyətli alınmasına şərait yaradır. Beləliklə, "Xperia XA1 Ultra" 6 inç Full HD ekran (2.5D qoruyucu şüşəli), 8 nüvəli MediaTek Helio P20 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 2700 mAh enerji tutumlu batareya (Pump Express+ 20 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 23 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunub. "Xperia XA1 Ultra" yaz aylarında satışa çıxacaq. Onun qiyməti isə hələlik məlum deyil.

Sərgidə təqdim olunmuş smartfonlardan ən yığcamı olan "Xperia XA1" 5 inç HD ekran, MediaTek Helio P20 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 2300 mAh enerji tutumlu batareya, 23 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Bu smartfon da digərləri kimi Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. "Xperia XA1"-in təqribi satış tarixi yaz fəslidir. Onun da qiyməti  bilinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR