​Rusiya vətəndaşı Türkiyədə 30 pişik öldürdü - VƏHŞİLİK!

Türkiyənin Alaniya şəhərindəki Mahmutlar məhəlləsində 30-a yaxın küçə pişiyinin tələf olmasının təfərrüatları məlum olub. 

Metbuat.az bildirir ki, məhəllədə aparılan araşdırmada mənzillərdəki təhlükəsizlik kameralarında qeydə alınan görüntülərə baxılıb. Bundan sonra həmin məhəllədə yaşayan rus əsilli Valeri adlı şəxs saxlanılıb.

Polis bölməsinə aparılan şübhəlinin ifadəsi alınıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR