DİM sədri: "Tarif Şurası qəbul imtahanlarının qiymətləri ilə bağlı yekun qərarı bu həftə verəcək"

DİM sədri: "Tarif Şurası qəbul imtahanlarının qiymətləri ilə bağlı yekun qərarı bu həftə verəcək"
11:52 28 Fevral 2017
733 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ “Yəqin ki, Tarif Şurası qəbul imtahanlarının qiymətləri ilə bağlı yekun qərarı bu həftə ərzində verəcək”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, DİM lazımi olan məlumatları Tarif Şurasına təqdim edib: “Magistratura, rezidentura səviyyəsi və dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər qəbulla əlaqəli ödənişi özləri edəcəklər. Bu il ilk dəfə qəbul imtananında iştirak edəcək abituriyentlər həm də dövlət rüsumundan da azaddırlar”.
M.Abbaszadə əlavə edib ki, yaxın bir həftədə sınaq imtahanlarının vaxtı məlum olacaq: “Magistratura və rezidentura imtahanları isə aprel ayının əvvəlləri üçün planlaşdırılır. Gələn il ola bilsin ki, ümumtəhsil müəssisələrini bitirənlər üçün noyabr ayında əlavə qəbul imtahanları da baş tutsun”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-sedri-tarif-surasi-qebul-imtahanlarinin-qiymetleri-ile-bagli-yekun-qerari-bu-hefte-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR