Magistratura imtahanlarının vaxtı açıqlandı – YENİLİK OLACAQ

Magistratura imtahanlarının vaxtı açıqlandı – YENİLİK OLACAQ
11:53 28 Fevral 2017
551 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu il magistratura və rezidentura imtahanları aprel ayından tez olmayacaq”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, hazırkı durumda bu imtahanların daha tez bir zamanda keçirilməsi mümkün deyil: “Gələn ildən ola bilər ki, qəbul imtahanları noyabr ayından başlasın. Hətta imtahanı ildə 3 dəfə keçirə bilərik. Bu il imtahan cədvəlimiz isə Tarif Şurasının qərarından asılıdır. Biz martın 19 və 26-da ilk sınaq imtahanlarının keçirilməsi nəzərdə tutmuşduq. Lakin bu bizdən asılı deyil. Tarif Şurasının qərarı açıqlanan kimi bu barədə məlumat verəcəyik”

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/189596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR