Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub
12:02 28 Fevral 2017
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dusmen-texribati-neticesinde-yaralanan-herbi-qulluqcumuz-sehid-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR