Rusiyada azərbaycanlını vəhşicəsinə döydülər - ÖZƏL / FOTOLAR

Rusiyada döyülən azərbaycanlının vəziyyəti günü-gündən pisləşir.

Metbuat.az bildirir ki, hadisə 2003-cü ildə baş verib. 1980-ci il təvəllüdlü Rəşad Səlimov işləmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya üz tutub. O, dostlarının köməkliyi ilə şəhərdə fəaliyyət göstərən bazarların birində işləməyə başlayıb. Amma hər şey belə rahatlıqla davam etməyib. Həmin ilin dekabr ayında gənc bədbəxtçiliklə üzləşib. O, həmin günlərin birində işdən qayıdarkən tanımadığı şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onun baş nayihəsinə küt alətlərlə zərbələr endirib. Huşunu itirən gənc xəstəxanaya aparılıb. Aldığı ağır travmadan sonra onun səhhəti getdickə pisləşməyə başlayıb. Hazırda o, yataq rejimində həyatını davam etdirməyə çalışır.

Həkimlərin skleroz diaqnozu qoyduğu gəncin müalicəsi yalnız xaricdə mümkündür. Lakin ailənin buna maddi imkanı yoxdur. Gəncə kömək etmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: (+994)242435071 (+994)505866687)

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR