"Yeni söz" ədəbiyyat almanaxı nəşr edilib

"Yeni söz" ədəbiyyat almanaxı nəşr edilib
12:22 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, kitabda 90-cı illərin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi Azərbaycan yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.
Toplunun ön sözünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/yeni-soz-edebiyyat-almanaxi-nesr-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR