Zibil qabına atırıq, amma balığın ən faydalı yeri budur...

Balığın insan orqanizminə faydaları saymaqla bitmir.

Tərkibindəki zəngin maddələr və "Omeqa-3" beyni gücləndirir, şəkərli diabeti gecikdirir, ürək-damar sağlamlığını qoruyur, immunitet sistemini gücləndirir. Balığı təmizləyərkən atdığınız pulcuqların da faydaları var.

Metbuat.az xəbər verir ki, yaponiyalı alim Kohei Kihara balığın pulcuğunun şəfa qaynağı olduğunu söyləyib. Yaponların yemək bişirərkən balığın bütün hissələrini istifadə etdiklərini vurğulayan K.Kihara deyib: “Balığın üzərindəki pulcuq çox qiymətlidir. Tərkibində bol kalsium və fosfat var. Bu, oynaqlara çox xeyirdir, dərmanı əvəz edir. Balıq pulcuğu yaşlı insanların oynaq ağrılarının şəfasıdır. Biz yaponlar adətən pulcuqları toz halına gətiririk və su ilə qarışdırıb içirik. Həmçinin, ondan hazırlanan maskalar üzü də yumşaq saxlayır”.

Tərkibindəki "Omeqa-3" yağ turşuları döş, prostat və bir çox xərçəng növünün müalicəsində müsbət nəticələr verir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR