Qətldə və zorlamada təqsirləndirilən şəxslər tutuldu - AZƏRBAYCANDA

Qətldə və zorlamada təqsirləndirilən şəxslər tutuldu - AZƏRBAYCANDA
12:34 28 Fevral 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın axtarışa verdiyi iki azərbaycanlı tutulub.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulub. Bundan başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev də yaxalanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR