​Şəhid cənazəsini gətirən polislər elə ağladı ki... - Azərbaycan bu görüntüləri izləyir / VİDEO

Şəhid olan hərbi qulluqçumuz Aqşin Abdullayevin cənazəsini daşıyan polislər göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az bildirir ki, şəhidin nəşini daşıyan polislər əsgərin valideynlərinin fəryadına dözə bilməyib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR