Bu gün dollar sürətlə bahalaşacaq - Bu xəbərə diqqət!

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın bu gün Konqressdəki çıxışı maraqla gözlənilir.

Metbuat.az-ın məlumatına görə, "Ağ ev" rəhbərinin səsləndirəcəyi bəyanatlar dolların dünya bazarındakı mövqeyinə ciddi təsir edəcək. Tramp vergi endirimi və investisiya xərclərinə dair bəyanatlar səsləndirərsə dolların digər valyutalarla müqayisədə daha da möhkəmlənməsi qaçılmaz olacaq. Həmçinin, iki həftə sonra Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsi ilə bağlı növbəti toplantı təşkil edəcək. Trampın səsləndirəcəyi bəyanatların həmin toplantıda qəbul ediləcək qərarlara da təsir edə biləcəyi deyilir.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR