Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir"

Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir"
12:47 28 Fevral 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir".
Bunu "Report"a müsahibəsində rusiyalı ekspert, "Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri, iqtisadçı Nikita İsayev deyib.
"Xüsusilə son illərdə böyük hərbi münaqişənin yaşanmaması Azərbaycanın sağlam mövqeyi nəticəsində mümkün olub", - deyə o bildirib.
N.İsayev vurğulayıb ki, közərən münaqişə Rusiya üçün önəmli məsələdir: "Çünki bu, postsovet məkanında Rusiya ətrafındakı bir sıra münaqişələri sarsıda bilər. Bu ona gətirib çıxarıb ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı əlaqələr 25 illik əməkdaşlığımız ərzində ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı əməkdaşlıq etmək üçün müxtəlif formatlar tapmışıq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/dagliq-qarabag-munaqisesi-moskva-ucun-vacib-problemli-meseledir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR