ABŞ prezidenti Barak Obama və komandasını etirazlar təşkil etməkdə günahlandırıb

ABŞ prezidenti Barak Obama və komandasını etirazlar təşkil etməkdə günahlandırıb
12:57 28 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ "Respublikaçılara qarşı yönəlmiş etiraz aksiyalarının təşkilinin və mediaya Ağ evi gözdən salan məlumatların sızdırılmasının arxasında ABŞ-ın sabiq prezidenti Barak Obama və onun komandasından olan insanlar dayana bilər".
"Report" xəbər verir ki, bunu ABŞ prezident Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Məncə, bunun arxasında Obama dayanıb. Çünki bu işlərlə yəqin ki, onun komandasının üzvləri məşğul olurlar. Sızan bəzi məlumatların da onların əməlləri ilə əlaqəli olduğunu düşünürəm. Bu, milli təhlükəsizlik baxımından çox pisdir", - deyə D.Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu siyasətdir: "Heç vaxt pərdə arxasında nələrin baş verdiyini dəqiq bilmək olmur". 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-barak-obama-ve-komandasini-etirazlar-teskil-etmekde-gunahlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR