Azərbaycan və Ukrayna diplom və elmi dərəcələrin tanınması məsələsini müzakirə edib

Azərbaycan və Ukrayna diplom və elmi dərəcələrin tanınması məsələsini müzakirə edib
13:07 28 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Ukraynanın təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtuntsun başçılıq etdiyi Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.
"Report" Ukrayna səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı Ukrayna nümayəndə heyəti Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olub. Görüşdə təhsil sahəsində Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Ukrayna nümayəndə heyətinin səfəri çərçivəsində həmçinin nazir müavini Ceyhun Bayramovun başçılıq etdiyi Təhsil Nazirliyinin nümayəndələri ilə "Təhsil və elmi dərəcə sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" mövcud sazişin müddəalarının hər iki tərəfdən düzgün istifadə edilməsi ilə bağlı bütün texniki məsələlər üzrə məsləhətləşmələr keçirilib.
Qeyd edək ki, 2000-ci ildən Azərbaycan və Ukrayna arasında təhsil sahəsində ölkələr arasındakı əməkdaşlığı təşviq edən "Təhsil və elmi dərəcə sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" hökumətlərarası saziş qüvvədədir. Hazırda on mindən çox azərbaycanlı tələbə Ukraynada təhsil alır.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycan-ve-ukrayna-diplom-ve-elmi-derecelerin-taninmasi-meselesini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR