Hindistandan Azərbaycana ət idxalı dayandırılıb

Hindistandan Azərbaycana ət idxalı dayandırılıb
13:08 28 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycana dondurulmuş qoyun əti gətirilmir. Mal əti isə əsasən Ukrayna, Rusiya və Moldovadan gətirilir.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O eyd edib ki, Azərbaycana Hindistandan dondurulmuş camış əti gətirilmir: “Ötən il ərzində çox az miqdarda ət gətirilib. Bu il isə ümumiyyətlə Hindistandan Azərbaycana dondurulmuş camış əti idxal olunmayıb”.

Y.Xanvəlinin sözlərinə görə, idxal edilən ətlərin standartlara cavab verməsi tam olaraq yoxlanılır:

“Gömrük açılışı zamanı Respublika Baytarlıq İdarəsinin əməkdaşları həmin ətlərdən nümunələr götürüblər. Götürülmüş nümunələr 17 istiqamətdə yoxlanılıb. Ətlərin tələblərə uyğun olduğu müəyyənləşib”. (modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/189612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR