ŞOK İDDİA: terrorçular bir gündə 52 agenti öldürüb

ŞOK İDDİA: terrorçular bir gündə 52 agenti öldürüb
13:14 28 Fevral 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Uzun illərdir Türkiyəni gərginlikdə saxlayan PKK terror təşkilatı ilə bağlı şok məlumat yayılıb. Lent.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, “Türkiye” qəzetinin jurnalisti Nuri Elibol FETÖ təşkilatının PKK ilə əməkdaşlıq etdiyini və bu çərçivədə Milli Kəşfiyyat İdarəsinin PKK sıralarına yerləşdirilmiş 52 agentinin adının onlara verildiyini iddia edib.

 

Yüksək rütbəli zabitdən məlumat aldığını deyən jurnalist Türkiyəyə işləyən agentlərin PKK tərəfindən bir gündə məhv edildiyini əlavə edib.

 

Xəbərdə qeyd edilib ki, agentlərin kütləvi qətli Türkiyə Kəşfiyyat İdarəsinin başçısı Hakan Fidan FETÖ-çü müstəntiqlər tərəfindən istintaqa cəlb edilən gün, yəni 2012-ci ilin 7 fevral tarixində baş verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR