"Səhvimiz onlara ötən ilki "Lester" olmağa imkan verməyimizdir"

"Səhvimiz onlara ötən ilki "Lester" olmağa imkan verməyimizdir"
13:17 28 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

""Lester" İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"u məğlub etməklə çoxlarını təəccübləndirdi".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məğlubiyyətdən sonra "qırmızılar"ın baş məşqçisi Yurqen Klopp bunları deyib:

"Uduzandan sonra düzgün sözlər seçmək çətindir. "Lester"in daha aqressiv oynamasından çox "Liverpul"un fiziki cəhətdən zəif təsir bağışlamasını qeyd edərdim. Rəqib bu oyuna yaxşı hazırlaşmışdı. Onların əlinə xeyli standart vəziyyət düşdü. Biz top uğrunda mübarizələri uduzduq. "Lester"in birinci qolu onların özünəinamını möhkəmlətdi. Məyusluğumu ifadə edə bilmirəm. Oyuna pis başladıq, ürəkaçan oyun göstərmədik. Görüşün çətin olacağı əvvəldən məlum idi. Ən azından yaxşı mübarizə aparmalı idik."Lester"in taktikasını kifayət qədər öyrənmişdik. Səhvimiz onlara ötən ilki "Lester" olmağa imkan verməyimizdir. Komandam tənqidə layiqdir. Bu mövsüm qeyri-stabil oyun göstəririk".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR