AMEA-nın Naxçıvan bölməsində yeni təyinatlar olub

AMEA-nın Naxçıvan bölməsində yeni təyinatlar olub
13:22 28 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi üzərində işlər başa çatıb.
"Report" xəbər verir ki, bunu AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.
O bildirib ki, bu günlərdə kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılacaq. Bundan başqa iclasda AMEA Naxçıvan Bölməsində akademik Həsən Əliyevin və professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.
İclasda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik edən elmi işçi Elxan Məmmədov Rəyasət Heyətinin qərarı ilə həmin şöbənin müdiri, Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanov isə böyük elmi işçi vəzifələrinə təyin olunublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-nin-naxcivan-bolmesinde-yeni-teyinatlar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR