Şəhid Zakir Cəfərov torpağa tapşırıldı - FOTO

Şəhid Zakir Cəfərov torpağa tapşırıldı - FOTO
13:32 28 Fevral 2017
566 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov dəfn olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
 
Şəhidin nəşi məsciddən Keşlə qəbristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbirstanlığında dəfn olunub.
 
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR