Bakıda Mikayıl Müşfiqin adına park salınacaq

Bakıda Mikayıl Müşfiqin adına park salınacaq
13:37 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan park salınacaq. 
Bunu "Report"a "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. 
"Sovetski ərazisi, Füzuli meydanı ətrafı və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işlərini əhatə edən Dövlət Proqramına uyğun olaraq şairin büstü yerləşən ərazi genişləndiriləcək və orada 5 min kv.m-lik park və yaşıllıq zonası salınacaq. Belə ki, “Statistika dairəsi”ndə nəzərdə tutulan dəyişikliklərə əsasən, bu ərazi ləğv ediləcək, geniş park salınacaq. M. Müşfiqin büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir", - deyə A. Nəcəfli qeyd edib.
Qeyd edək ki, hazrda Dövlət Statistika Komitəsinin qarşısında aparılan abadlıq işlərindən sonra, İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcəklər. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. Həmin yol da genişləndiriləcək və paralel yol yaradılacaq. Nərimanov prospekti N. Nərimanov heykəlinə doğru biristiqamətli olacaq.
"Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsi ilə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və Statistika dairəsinin yanında birləşdirildi. "Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən əsrdən var idi. Bu işləri həyata keçirmək Mərhum prezident Heydər Əliyevin arzusu idi. İndi də bu işlər Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə Füzuli küçəsinin genişləndirilməsi ilə 2014-cü ildə start verilib. M. Müşfiq parkının salınması da bu planın tərkib hissəsidir”, - deyə A. Nəcəfli əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-mikayil-musfiqin-adina-park-salinacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR